Futzal üzrə Yüksək Liqada 1-ci turun oyunlarına təyinatlar açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, ötən mövsümün gümüş və qızıl medalçısının dueli ilə start götürəcək mövsümdə ilk matçı FİFA referiləri idarə edəcək.

Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.

1-ci tur
22 oktyabr

Saat 14:30 Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov

Saat 16:15 Şuşa – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Ramiz Əsədov

Saat 18:00 U-19 – Yasamal Bakı
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp