Kostas Manolas vətəninə qayıdıb. Yunan müdafiəçi bundan sonra “Panatinaikos” forması geyəcək.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı arxa xətt oyunçusu yayda “Salernitana”dan ayrıldıqdan sonra sərbəst idi. Elə bu səbəbdən o, indi yeni müqavilə imzalaya bilib.

Karyerası ərzində “Napoli”, “Roma” kimi komandaların şərəfini qorumuş Manolas mövsümün sonunadək müqavilə bağlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp