Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq qadınlardan ibarət Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Qothan” klubunun hücumçusu Cessika Silva zədə səbəbindən iştirak ərizəsindən çıxarılıb. Baş məşqçi Françisko Netonun onu riskə atmaq istəmədiyi bildirilir. Onun əvəzinə “Nant”da çıxış edən Nelli Rodriges komandaya dəvət edilib. O, Bakı səfərində heyətdə yer alacaq.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 16:00-da başlayacaq. Cavab görüşü ayın 29-da Vizelada olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp