Arne Slota “Liverpul”un tarixinə düşmək üçün 11 matç kifayət edib.

Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə klubunda ilk 11 matçın 10-da qələbə qazanan lk şəxs olub. Yalnız bir ev matçında büdrəyən mersisaydlılar hazırda Premyer Liqada inamla turnir cədvəlinə başçılıq edir.

Xatıladaq ki, Slot yayda “Feyenoord”dan ayrılaraq komandanın başına keçib. O, postunu tərk edən Yürgen Kloppu əvəz edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp