Argentina yığmasının və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu çempionat tarixində ehtiyatdan meydana çıxaraq üç qol vuran və məhsuldar ötürmə edən ilk oyunçu olub.

O, bunu “İnter Mayami” – “Nyu-İnqlend Revolyuşn” matçında (6:2) reallaşdırıb. 58-ci dəqiqədə meydana çıxan argentinalı futbolçu het-trikə imza atıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter Mayami” cari mövsüm MLS-in çempionu olub.

Shares: