“Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının bombardirləri siyahısında 9-cu yerə yüksəlib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu bunu ölkə çempionatının 8-ci turunda baş tutan “Liverpul” – “Çelsi” görüşündə reallaşdırıb.
Mersisaydlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Məhəmməd Salah penaltidən fərqlənib. Bu, onun İngiltərə çempionatında 162-ci qolu olub.
Beləliklə, o, ən çox qol vuran futbolçuların siyahısında 9-cu yerə yüksəlib və Cermeyn Defoya çatıb.
İngiltərə Premyer Liqasında hazırda ən çox qol vuran futbolçuların siyahısına 260 qolla Alan Şirer başçılıq edir. İkinci yerdəki Harri Keynin 213, üçüncü pillədəki Ueyn Runinin 208 qolu var.