Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun matçına 20 mindən çox bilet satılıb.
Futbolinfo.az xəbər verir ki, hazırda 20200 bilet alınıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.