Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan Roman Qriqorçuk karyerasını ölkəsi Ukraynada davam etdirə bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa klublarından təklif gözləyən 59 yaşlı baş məşqçinin qapısını birinci liqa təmsilçisi döyüb. Belə ki, çalışdırıcısı Valeri Krıventsovu istefaya göndərən “Bukovina” boş qalan posta Qriqorçuku gətirməyi planlaşdırır. “Neftçi” və “Qəbələ”nin sabiq baş məşqçisi hələlik bu təklifi cavablandırmayıb.
Qeyd edək ki, yayda “Neftçi”yə təyin olunan Roman Qriqorçuk Misli Premyer Liqasının ilk 9 turunda komandası qələbə qazana bilməyincə istefaya göndərilib.