Nüfuzlu avtoidman jurnalisti və eksperti Co Seyvudun verdiyi məlumata görə, “Red Bull” komandası ciddi şəkildə Franko Kolapinto ilə maraqlanır. Argentinalı pilot RB komandasının heyətində Liam Lousonu əvəz edə bilər. Onun isə öz növbəsində “Red Bull”a yüksələ biləcəyi və burada zəif nəticələr göstərən Serxio Peresi əvəzləyəcəyi gözlənilir.

“Son vaxtlar Peresin pərəstişkarları qəhrəmanlarının gələcəyi ilə bağlı narahat olmağa başlayıblar. Məlumat verənlərə qarşı kobudluq edə bilərsiniz, amma sonda həqiqət üzə çıxacaq. Gəlin ilin sonuna qədər gözləyək, 2025-ci il heyətlərinin necə olduğunu görək. Liam Louson Ostində əla çıxış etdi. “Red Bull”  Lousonun RB-dəki yerinə Franko Kolapintonu ideal variant sayır. Artıq komandanın Frankoya göz dikdiyi barədə şayiələr var. Sayns və Elbon ən azı 2026-cı ilin sonuna qədər “Williams”da olacaqlar. Bu səbəbdən də hazırda argentinalı sürücü üçün yer yoxdur, “Red Bull”un isə güclü gənc sürücüyə ehtiyacı var”, – deyə Seyvud öz bloqunda yazıb.

Shares: