ABŞ-nin Solt Leyk Siti şəhərinin “Delta Center” arenasında Milli Hokkey Liqasının müntəzəm çempionatının növbəti oyunu “Yuta” və “Kolorado Evelanş” komandaları arasında keçirilib. “Evelanş” rəqiblərinə 5:1 hesabı ilə qalib gəlib.

Kolorado komandası mövsümün əvvəlində dörd məğlubiyyətdən sonra ardıcıl dördüncü qələbəsini qazanıb. Bu da 82 il ərzində ilk belə hadisədir. “OptaSTATS”ın X sosial şəbəkə səhifəsində verdiyi məlumata görə, MHL-də yalnız bir komanda mövsümə dörd məğlubiyyətlə başladıqdan sonra dörd qələbə qazanıb. Bunu 1942/1943 mövsümündə “Boston Bruins” edə bilib.

Qeyd edək ki, növbəti matçda “Yuta” “Los Anceles Kinqs”lə, “Kolorado Evelanş” isə “Ottava Senators”la qarşılaşacaq.

Shares: