Azərbaycan Basketbol Liqasında 2-ci turun növbəti oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, B qrupunda yer alan komandaların duelində “Ordu” “Şəki”yə qalib gəlib.

Bakı İdman Sarayında baş tutan matç birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında “Sərhədçi” “Abşeron”la münasibətlərinə aydınlıq gətirəcək.

2-ci tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

Shares: