Milli Basketbol Assosiasiyasının tanınmış oyunçusu, kanadalı Şey Gilgs-Aleksander 2023/2024 mövsümü üçün “Qızıl Top”u almamasından sonra dostu Vinisius Juniora dəstək olub.
Bununla bağlı Gilgs-Aleksander sosial media səhifəsində “Planetin ən yaxşı oyunçusu” yazıb.
Xatırladaq ki, “Qızıl Top”un qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub. Buna görə də Vinisius Parisin Sena sahilindəki “Şatelet Teatrı”nda baş tutan mükafatlandırma mərasiminə getməyib.