“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın ikinci raketkası, ispan tennisçi Karlos Alkaras “Qızıl Top”un nəticələrindən danışıb.

Uzun müddətdir ki, mükafata əsas namizəd “Real”ın  braziliyalı futbolçusu Vinisius Junior hesab edilirdi. Lakin qələbə Alkarasın həmyerlisi, “Mançester Siti”nin futbolçusu Rodriyə qismət olub. Yarımmüdafiəçi “Qızıl Top”un səsverməsində hamını qabaqlayıb.

“Vinisiusun qalib gələcəyi gözlənilirdi, amma Rodri qazandı. Hər ikisi böyük idmançıdır və keçirdikləri il inanılmaz olub. Onların hər ikisi ilə yaxşı münasibətim var və kimin qalib gəlməsindən asılı olmayaraq, çox məmnunam”, – deyə Alkaras “Mundo Deportivo”ya müsahibəsində qeyd edib.

Shares: