İngiltərənin “Nyukasl” klubu Gürcüstan təmsilçisi “Dinamo”nun 17 yaşlı hücumçusu Vaxtanq Saliyanı transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ön xətt oyunçusu İngiltərə komandasına 2025-ci ilin avqustunda, 18 yaşı tamam olduqdan sonra qoşulacaq. Həmin vaxta qədər isə karyerasına Gürcüstan klubunda davam edəcək.
Saliya “Dinamo”da debüt matçını 2023-cü ilin noyabrında keçirib. Futbolçu bu mövsüm meydana çıxdığı 27 oyunda 5 qol vurub.