“Bodo Qlimt” evdə çox güclüdür, onların üstünlüyü var”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq oyunçusu Tarik Elyunussi deyib.

Norveçli yarımmüdafiəçi Avropa Liqasının 4-cü turunda baş tutacaq “Bodo Qlimt” – “Qarabağ” oyunundan danışıb: “Düşünürəm ki, “Qarabağ”ı çətin oyun gözləyir. Şimalda hava şəraiti fərqlidir, “Qarabağ” bunu nəzərə almalıdır”.

O, Norveç təmsilçisinin daxili çempionatda və Avropa Liqasında fərqli oyun göstərməsinə də münasibət bildirib: “Söhbət bu mövsüm oyunların və səfər oyunlarının sayından gedir. Komandanın güclü qalması və qalib gəlməsi çətindir. Amma onlar yaxşı işlər görürlər, yenə də Norveç liqasını qazana bilərlər”.

Elyunussi bu matçı udmaq üçün Azərbycan təmsilçinin aqressiv oynamalı olduğunu da sözlərinə əlavə edib: “Qarabağ” müdafiədə aqressiv və səbirli olmalıdır. Təbii ki, burada şans da təsir edəcək”.

Shares: