“Porsche” 2025-ci ildə “Le Manın 24 saatı” avtomarafonunda üç hiperkar nümayiş etdirəcək. Onların birində Nik Tendi və Felipe Nasr heyətdədir. Bir yer isə boş olaraq qalır. “Porsche LMDh” zavod proqramının direktoru Urs Kuratle Sebastyan Fettelin sükan arxasında oturacağı ehtimalının olduğunu bildirib.

Urs Kuratle “Sportscar365”-ə verdiyi müsahibədə bu məsələ üzərində düşündüklərini etiraf edib.

Fettelin vakant yerə namizəd olub-olmaması ilə bağlı birbaşa suala Kuratle belə cavab verib: “Mən bunu istisna etmirəm. Sebastyan və “Porsche” arasında dostluq münasibətləri var. Hazırda Fettel ilə əməkdaşlığı istisna etmirəm, lakin qərar hələ verilməyib”.

İlin əvvəlində dördqat dünya çempionu artıq 963 hiperkarı sınaqdan keçirib, lakin tərəflər Le Manda çıxış etmək barədə razılığa gələ bilməyiblər.

Shares: