Gəncə Olimpiya İdman Kompleksində kikboksinq idman növü üzrə yarış keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarış Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının və Gəncə Olimpiya İdman Kompleksi MMC-nin təşkilatçılığı ilə keçirilib, 8 Noyabr – Zəfər Gününə və şəhidlərin əziz xatirəsinə həsr olunub.
Yarışda 200-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda hər çəki üzrə I, II və III yerə çıxan idmançılar müəyyənləşib və onlar təşkilat komitəsinin diplom və medalları ilə təltif olunublar.
BƏHRUZ MUSAYEV