Basketbol üzrə Avroliqada 10-cu tura 4 oyunla yekun vurulub. Çempionatın liderlərindən olan “Jalgiris”lə “Fənərbaxça” Litvada qarşılaşıb.
İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar görüşü qələbə (72:65) ilə başa viriblar. Kaunas təmsilçisi fasilədən sonra rəqibinə çətinlik yaşatsa da, İstanbul klubu vəziyyətdən çıxa bilib. “Fənərbağça”nın kapitanı Naycel Eys Deyvis bu dəfə dabl-dabl edib (18 xal, 11 ribaund).
Çempionatın debütantı “Paris” Kataloniyada qələbə qazanıb. “Barselona” lider olmaq şansını bu oyunda əldən verib – 87:103.
“Partizan” klubu ardıcıl 6-cı oyunda məğlub olub. Bu dəfə onlar “Olimpiya” qarşısında aciz qalıblar – 81:88. Digər İtaliya komandası “Virtus” evdə “Panatinaikos”a 77:82 hesabı ilə məğlub olub.
10 turdan sonra “Fənərbaxça” 8 qələbə ilə vahid liderdir. 5 komandanın isə 7 qələbəsi var.