“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Bakı klubunun baş məşqçisi Cavid Hüseynovun oyundan sonra mətbuat konfransı keçirilib. Hüseynov heyətlə bağlı problemlərinin olduğunu bildirib:

“Rəqibi təbrik edirik. Oyunun çətin olacağı məlum idi. Heyətimizlə bağlı problemlər var. Geniş deyil. Ən böyük problem də hücumçu mövqeyi ilə bağlıdır. Komanda həmin mövqedə çox “dişsiz”dir. Qışa qədər dözməliyik.

Rəhbərliklə danışmışıq. Qışda yeni oyunçular transfer edəcəyik. Bəyəndiyimiz futbolçular var. Burdan açıqlaya bilmərəm. Amma yaxşı oyunçularla danışıqlar aparırıq”.

Shares: