Formula 1 üzrə dünya çempionatının Qətər qran-prisində sprintin təsnifatə baş tutub. Kiçik sıralama turu “Maklaren” pilotlarının triumfu ilə yekunlaşıb. Lando Norris ən yaxşı nəticə göstərib.
Onun həmyerlisi Corc Rassel cüzi geri qalmaqla ikinci yerdən start vermək hüququ əldə edib. “Maklaren”in digər pilotu Oskar Piastri 3-cü yeri tutub.
Ən maraqlı nəticələrdən biri Serxio Peresin ilk sessiyada mübarizəni dayandırmasıdır. Meksikalı sürücü bununla da “Red Bull” komandasının ümumi sıralamada çempionluq şansını xeyli aşağı salıb.
Mühəndislər kubokunda “Maklaren”in əsas rəqibi olan “Ferrari” sürücüləri 4 və 5-ci yerlərdən start verəcəklər. Karlos Sayns komanda yoldaşı Şarl Leklerdən öndə olacaq.