Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Neftçi” əzəli rəqibi olan son çempion “Qarabağ”ı qəbul edəcək. Turun mərkəzi oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ağdam klubu Azərbaycan derbisində qalib gəlsə, yenidən zirvəni ələ keçirəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” də “Şamaxı”ya oxşar hesabla (1:0) qalib gəlib, “Zirə” isə “Sumqayıt”ı darmadağın (4:1) edib.

Misli Premyer Liqası
15-ci tur

1 dekabr

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
“Neftçi Arena”.

Shares: