Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da fomasını geyindiyi “Ankaragücü” bu dəfə evdə “Keçiörengücü” ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renat meydana 67-ci dəqiqədə daxil olub. Digər azərbaycanlı futbolçu Həsən Nəzərov isə sonadək ehtiyatda qalıb.

Yeri gəlmişkən, Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da səfərdə “Yeni Malatyaspor”u 4:2 hesabıyla yenib. Vüsal sonadək ehtiyatda qalıb.

Hazırda “Ankaragücü” 27 xalla 5-ci, “Boluspor” isə 25 xalla 9-cudur.

Shares: