“Şamaxı”dan gələn təklif karyeram üçün çox yaxşı idi və bunu dəyərləndirmək istədim. Buna görə də ”Səbail” rəhbərliyi ilə razılaşıb müqaviləyə qarşılıqlı şəkildə xitam verdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Vüsal Məsimov deyib.
24 yaşlı müdafiəçi “Turan Tovuz”da birgə çalışdığı keçmiş məşqçisi Ayxan Abbasovun ona çox böyük dəstək verdiyini və onu Premyer Liqaya gətirdiyini bildirib: “Şamaxı” çox yaxşı qurulmuş bir komandadır. Bu təklif həm mənim, həm də karyeram üçün çox faydalı oldu. Artıq üç gündür ki, komandam ilə birlikdə məşqlərə başlamışam. Bu komandada çoxdan tanıdığım yaxın dostlarım var. Digər komanda yoldaşlarımla da tanış olduq. Hər biri məni çox yaxşı qarşıladılar. Baş məşqçi Ayxan Abbasov məşqçim olub, məni Premyer Liqaya o gətirib. Həmişə inkişaf etmək üçün əlimdən gələni edirəm. İnşallah, “Şamaxı”da daha da yaxşısını edərəm”.
Gələcək planları ilə bağlı da danışan futbolçu milli komandada oynamağı hədəflədiyini və bunun üçün daha çox çalışacağını söyləyib: “Öz üzərimdə çalışıb “Şamaxı”ya güc qatmaq istəyirəm. İnşallah, daha çox çalışaraq daha yaxşı olmaq üçün hər şeyi edəcəyəm. Qismət olarsa, məqsədimə çataram. Azərbaycan millisində oynamaq istəyirəm”.
Xatırladaq ki, “Şamaxı” hələlik Vüsalın transferini rəsmən elan etməyib.
GÜNAY SÜLEYMANOVA