PSJ və “Monako” komandaları Fransa superkuboku uğrunda görüşdə üz-üzə gəliblər.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərində baş tutub.

Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.

Bununla da PSJ 13-cü dəfə Fransa superkubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur.

Shares: