ABŞ gənclər komandasının hücumçusu Rayan Leonard 2025-ci il Dünya Çempionatının ən dəyərli oyunçusu seçilib. Leonard həm də turnirin ən yaxşı hücumçusu kimi rəmzi komandaya daxil edilib.

ABŞ gənclərdən ibarət yığmanın 19 yaşlı kapitanı 10 (5+5) xalla turnirin bombardirləri arasında ikinci yeri bölüşüb.

Finlandiya millisinin üzvü Petteri Rimpinen turnirin ən yaxşı qapıçısı seçilib. Ən yaxşı müdafiəçi İsveçli Aksel Sandin-Pellikkadır.

Jurnalistlərin müəyyənləşdirdikləri rəmzi komandaya aşağıdakılar daxil edilib: qapıçı Petteri Rimpinen (Finlandiya), müdafiəçilər Koul Hatson (ABŞ) və Aksel Sandin-Pellikka (İsveç), hücumçular Rayan Leonard (ABŞ), Yakub Ştanzl (Çexiya) və Qabe Perro (ABŞ).

Shares: