“Zirə” bir futbolçusu ilə yolları ayırıb. Bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, klub Abbas İbrahimlə vidalaşıb. Yarımmüdafiəçiylə “Zirə” arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

27 yaşlı nigeriyalı “Zirə”yə 2023-cü ilin fevralında keçmişdi. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatacaqdı.

Abbas İbrahim 2024/25 mövsümündə “Zirə”də az oyun şansı qazanıb. O, bütün turnirlərdə cəmi 8 oyuna çıxıb və 1 qol ötürməsi edib.

Shares: