Oliver Kan klub sahibi olmaq fikrinə düşüb. Almaniya yığmasının sabiq qapıçısı “Bordo”nun sahibi olmaq haqda düşünür.
Futbolinfo.az Almaniya mətbuatına istinadla xəbər verir ki, Kan müflis olduğu üçün 4-cü liqaya göndərilən klubla maraqlanır. Fransanın köklü klublarından olan “Bordo” hazırda maliyyə sıxıntısından əziyyət çəkir. Yüksək məbləğdə borcları olan “jirondistlər” yalnız ciddi dəstək sayəsində varlığını qoruya bilər.
Sabiq qapıçı klubu almaq, daha sonra onun 118 milyon avroluq borclarını ödəmək niyyətindədir.