“Abşeron” komandası iki yerli basketbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümdən heyətdə yer alan Nəcəf Babayev və aşağı yaş qrupları üzrə milli komandanın üzvü Hüseyn Məmmədov kollektivlə vidalaşıb.
Hər iki basketbolçunun müqavilələrinə qarşılıqlı şəkildə xitam verilib.