“Neftçi”dən ayrılan macar müdafiəçi Mark Tamaşın futbolinfo.az saytına müsahibəsi
– “Neftçi”dən niyə ayrıldın?
– Son yarım ildə istədiyim qədər oynamadığımı gördüm. Məğlub olsaq belə, şansı əldə edə bilmədim. Hər oyunda oynamaq üçün klubumu dəyişməli olduğumu anladım. Buna görə də “Neftçi”dən ayrıldım.
– Səncə, “Neftçi” niyə uğursuzdur?
– Səbəblər təbii ki, var. Böyük klubların da pis dövrü olur. Ümid edirəm ki, vəziyyət gələcəkdə dəyişəcək.
– Məşqçi amili nə qədər burda rol oynayır?
– Bir komandada tez-tez baş məşqçi dəyişməsi yaxşı hal sayıla bilməz. Çünki məşqçilər gəlib-gedirlər və heyət dəyişmək məcburiyyətində qalır.Tez uyğunlaşmaq və nəticə əldə etmək çətindir.
– Keçmiş klubun “Sepsi”yə döndüyün deyilir…
– Hara getdiyimi görəcəyik. Ən əsası, gözəl futbol oynamaq və həzz almaq istəyirəm. Macarıstanda da çıxış edə bilərəm.
– Macarıstan liqası Azərbaycan çempionatından daha yaxşıdır?
– Məncə, indi Macarıstan liqası daha yaxşıdır. Həmçinin infrastruktur daha yaxşıdır və çox rəqabətli komandalar var. Liqalar bənzəyir, amma oradakı sistemin daha yaxşı olduğunu nəzərdə tuturam.
– “Neftçi”nin matçlarına baxacaqsan?
– Vaxtım olanda əlbəttə ki, baxacam və ümid edirəm ki, əvvəlki vəziyyətinə qayıdacaqlar.
AĞA