“Qarabağ”ın hücumçusu Olavio Junionyonun “Sevilya”ya keçidinin detalları açıqlanıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu transfer Azərbaycan çempionuna 4 milyon avro qazandıracaq.

Həmin məbləğin 3 milyonunu İspaniya klubu, 1 milyonunu isə braziliyalı futbolçu özü ödəyəcək. Razılığa əsasən, Juninyo “Sevilya”da olduğu müddətdə komanda Çempionlar Liqasına hər vəsiqə qazananda Ağdam təmsilçisinə daha 250 min avro verəcək. Üstəlik, hücumçunun növbəti satışından əldə ediləcək gəlirin də 20 faizi “Qarabağ”a çatacaq.

Juninyonun tezliklə İspaniyaya yollanaraq keçidi rəsmiləşdirməsi gözlənilir.

Shares: