Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da “Maqdeburq” – “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” – “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.
10 yanvar
15:00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya)
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov
16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə
11 yanvar
16:00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan)
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə
Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.