“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Araz-Naxçıvan”la yoxlama oyunundan danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:

“Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq. Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu. Bununla belə futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi. Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcəklər”.

Shares: