Qazaxıstanın “Jenis” komandasının əslən Azərbaycandan olan futbolçusu Raul Allahverdiyev karyerasını Belçikada davam etdirə bilər.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Belçikanın “Gent” klubunda sınaqdan keçəcək.

Gənc hücumçu “Jenis”lə birlikdə təlim-məşq toplanışına yollanacaq, ardından isə “Gent”in U-21 komandasının sınaqlarında iştirak etmək üçün Belçikaya gedəcək. Allahverdiyev bəyənilsə, Belçika klubu ilə müqavilə imzalayacaq.

Peşəkar futbola 15 yaşında “Jenis”də başlayan Raul Allahverdiyev AFFA tərəfindən Azərbaycan millisində çıxış etmək təklifi alsa da, bundan imtina edib. O, Qazaxıstan yığmasında oynamaq arzusunda olduğunu bildirib.

Shares: