“Arda”dakı dövrüm həm şəxsi, həm də futbolçu karyerası baxımından mənə böyük təcrübə qazandırdı. Həyata daha fərqli baxmağıma səbəb oldu. Ümumən hər şey çox yaxşı keçdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Cəlal Hüseynov deyib.
İcarə əsasında “Şamaxı”da çıxış edəcək futbolçu komandaya məqsədlərinə çatmaqda kömək etməyə və öz formasını yenidən bərpa etməyə çalışacağını bildirib: “Legioner həyatı çox maraqlı idi. Yaxşı insanlar tanıdım və bunu hər kəsə arzulayıram. Amma son 4-5 ayda orada az vaxt qazanırdım. Bu səbəbdən kluba oynamaq istədiyimi dedim. Rəhbərlik də mənimlə razılaşdı və “Şamaxı”ya 6 aylıq icarəyə göndərdi. Hədəfim komandaya dəstək olmaq və formamı yenidən bərpa etməkdir. Daha yaxşı performans göstərmək istəyirəm. Burdakı futbolçuların əksəriyyətini tanıyıram. Oyun sisteminə uyğunlaşmağımın asan olacağını düşünürəm, çünki əvvəllər də üçlü müdafiə sistemi ilə oynamışam. Özümü rahat hiss edəcəyimə əminəm. Bu barədə heç bir problem yoxdur. Hər məşqçinin öz tələbləri olur. Ona görə də futbolçu hər vəziyyətə uyğunlaşmağa çalışmalıdır”.
Cəlal icarədən sonra karyerasını yenidən Bolqarıstanda davam etdirmək niyyətində olduğunu da vurğulayıb: “İcarədən sonra yenidən “Arda”ya qayıtmaq və özümü sübut etmək istəyirəm. Müqaviləmin son ilidir. Çalışacağam ki, özümü daha yaxşı tərəfdən göstərim və başqa təkliflər də alım. Amma hər şey mümkündür. Ola bilər ki, 6 ay sonra ümumiyyətlə, ora qayıtmayım. Hər şeyi zaman göstərəcək. Daha sonra isə hər bir futbolçu kimi milli komandada oynamaq istəyirəm. Ən böyük hədəfim yenidən milli komandaya qayıdaraq əsas heyətdə yaxşı performans göstərməkdir”.
GÜNAY SÜLEYMANOVA