Basketbol üzrə Avroliqa turnirində 20-ci tura start verilib.
İstanbulda “Fənərbaxça” autsayder “Alba”nı qəbul edib. 3 period ərzində müqavimət göstərməsinə baxmayaraq, berlinlilər 73:90 hesablı məğlubiyyətdən yaxa qurtara bilməyiblər.
Çempionatın lideri “Monako” doğma arenada “Barselona”ya məğlub olub – 84:98. “Makkabi” isə “Olimpiya”ya 74:107 hesabı ilə uduzub.
Ergin Ataman – Jelko Obradoviç duelində türkiyəli mütəxəssis üstün olub. “Panatinaikos” evdə “Partizan”a qalib gəlməklə (96:84) zirvəyə yüksəlib.
Turun qalan oyunları bu axşam keçiriləcək.