MBA-da bu gecə 8 oyun keçirilib.
Ən maraqla gözlənilən qarşılaşmalardan birində “Memfis Qrizliz”lə “Hyuston Rokets” üz-üzə gəlib. Qərb konfransında 2-ci yer uğrunda gərgin mübarizə aparan komandaların oyununun taleyini türkiyəli basketbolçu həll edib. Alperen Şengünün 32 xal, 14 ribaund və 6 asistlə oynadığı matç 119:115 hesabı lə başa çatıb. Bununla da Hyuston komandası rəqibindən turnir cədvəlində 2 qələbə uzaqlaşa bilib.
Digər oyunlar arasında lider “Kavalers”in qələbəsini qeyd etmək olar. Klivlend təmsilçisi “”Toronto Reptors”a qalib gəlib – 132:126.
Digər oyunların nəticələri belədir:
Orlando Mecik – Minnesota Timbervolves 89:104
Detroyt Pistons – Qolden Steyt Uorriors 104:107
Dallas Maveriks – Portlend Treyl Bleyzers 117:111
Finiks Sans – Atlanta Houks 123:115
Yuta Caz – Mayami Hit 92:97