Rafael Leao “Milan”ın sabiq baş məşqçisi Paulo Fonseka barədə danışıb. Portuqaliyalı hücumçu artıq istefaya göndərilmiş həmyerlisinin qərarlarından narazı imiş.

Futbolinfo.az xəbər verir ki, istedadlı oyunçu müsahibəsində deyib: ” Ardıcıl 3 matçda ehtiyatda qalmağımın səbəbi və izahı olmalıdır. Ancaq məşqçilər bəzən belə edir. Fonseka mənimlə əsla düzgün davranmadı, hətta danışmadı. Fikirlərini mətbuat konfranslarında, media vasitəsi ilə çatdırdı. Belə halla ilk dəfə üzləşirdim”.

Xatırladaq ki, uğursuz çıxış üzündən istefaya göndərilən Fonsekanı Serjio Konseyso əvəz edib. O, gələn kimi “Milan”a İtaliya Superkubokunu qazandırıb.

Shares: