“Leypsiq”lə “Milan” Noa Okaforun transferi ilə bağlı razılığa gəlmək üzrədir. Hücumçunun sabah Almaniya klubuna keçidinin rəsmiləşməsi gözlənilir.
Futbolinfo.az xəbər verir ki, Okafor mövsümün sonuna kimi icarəyə veriləcək. Bundesliqa təmsilçisi yayda 25-28 milyon avro ödəməklə onun transfer hüquqlarına birdəfəlik sahib ola bilər. “Rossonyerlər” almanların ilk təklifinə “yox” cavabı versə də, futbolçunun getməkdə israr etməsi qərara təsir edib.
Nigeriya əsilli isveçrəli 2023-cü ilin yayında “Zalsburq”dan 15,5 milyon avroya transfer olunub. 24 yaşlı cinah hücumçusunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ildə başa çatır.