Avtomobil nəhəngi “General Motors” və “TWG Motorsports” holdinqi 2026-cı il mövsümündən Formula 1-də yarışacaq “Cadillac” komandası üçün mühərriklər istehsal edəcək yeni şirkət yaradıb.

“Cadillac”ın press-relizində verilən məlumata görə, komandanın əsas sponsorlarının bu təşəbbüsü cari onilliyin sonuna qədər komandanı ən yüksək səviyyəyə qaldıracaq.

Yeni şirkət “GM Performance Power Units LLC” adlanacaq və Rass O’Blenes qurumun baş direktoru təyin olunacaq.

Shares: