Ander Errera “Boka Xuniors”da oynayacaq. Argentina klubu ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı oyunu Cənubi Amerikaya yollanmağa razılıq verib. “Atletik”də işləri qaydasında getməyən Errera daim oynayacağı klub axtardığından “Boka Xuniors”un təklifinə müsbət cavab verib.
Ander 2023-cü ilin yayında PSJ-dən azad agent kimi ayrılaraq 6 ay icarədə oynadığı Bilbao klubuna keçmişdi. İndi isə o, müqaviləsinin bitiminə 6 ay qalmış Argentina klubu ilə razılaşıb. İspan klubunun onu indi, yoxsa yayda buraxacağı barədə məlumat yoxdur. Errera özü kiçik təzminat qarşılığında məhz yanvarda yeni klubunun düşərgəsinə yollanmaqda maraqlıdır.