“Neftçi”nin müdafiəçisi Yuri Matias paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, Rumıniya mətbuatına müsahibəsindəki bəzi açıqlamalarını təkzib edib:
“Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim. Əslində, birinci dəfə deyil ki, sözlərimin düzgün yazılmaması ilə üzləşirəm. Bir növ öyrəşmişəm (gülür). Müsahibəmdə “Neftçi” ilə danışıb razılığa gəlməmişik və ya gələ bilməyəcəyik” deməmişəm. Sadəcə bildirmişəm ki, müqaviləmin sonuna 6 ay qalıb və yeni müqavilə ilə bağlı rəsmi heç nə yoxdur. Əlbəttə, mənim komandam “Neftçi”dir. Mən “Neftçi”nin futbolçusuyam, azarkeşlərimizi sevirəm. Müqaviləmin sonuna kimi, neçə il olursa olsun, sona qədər bu formanı şərəflə daşımağa hazıram”