Basketbol üzrə Avroliqa turnirində 22-ci tura start verilib.

Əsas qarşılaşma Madriddə baş tutub. Ardıcıl qələbələrdən sonra turnir cədvəlində vəziyyətini yaxşılaşdıran “Real” bu dəfə “Olimpiakos”a məğlub olub – 86:96. Görüşün ən məhsuldar basketbolçusu Yunanıstan komandasının üzvü Evan Furnye olub. Onun aktivində 28 xal var.

Digər oyunlarda “Partizan” səfərdə “Olimpiaya”ya 90:70 hesabı ilə qalib gəlib. ASVEL – “Alba” qarşılaşmasında meydan sahibləri overtaymda üstün olublar – 96:89. “Paris” isə evdə “Makkabi”yə 96:83 hesabı ilə qalib gəlib.

Shares: