Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

Futbolinfo.az xəbər verir ki, ilk “8-lik” 13-cü turun oyunlarından sonra dəqiqləşib.

“Birbaşa Bakı” 37 xalla müntəzəm mövsümü birinci pillədə başa vurub. “Zirə” 34 xalla ikinci, “Aznur” 32 xalla üçüncü olub.

Növbəti sıralarda “Sumqayıt” (29 xal), “Galaxy” (26 xal), “Göyçə” (19 xal), “Star Bakı” (18 xal) və “Laçın” (15 xal) kollektivləri qərarlaşıblar.

Çempionatda 14 komanda mübarizə aparırdı.

Shares: