KTM komandasını təmsil edən avstraliyalı Daniel Sanders motosikl kateqoriyasında Dakar rallisinin qalibi olub. Sanders karyerasında ilk dəfə bu titulu qazanıb.
Sonuncu mərhələnin qalibi cənubi afrikalı Maykl Dogerti olub. İkinci nəticəni fransalı Adrien van Beveren göstərib. İlk üçlüyü isə avstriyalı Tobias Ebster tamamlayıb.
Dakar 2025, motosikllər. 12 mərhələdən sonra ümumi vəziyyət:
1. Daniel Sanders (KTM) – 58:08:52.
2. Toşa Şareina (Monster Energy Honda Team) +8:50.
3. Adrien van Beveren (Monster Energy Honda Team) +14:46.
4. Luçiano Benavides (KTM) +22:16.
5. Riki Brabes (Monster Energy Honda Team) +29:50.