“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Abşeron”a məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verr ki, mütəxəssis növbəti oyunlarda lazımi tədbir görəcəklərini bildirib:

“Başabaş bir matç oldu. Matçda bir neçə dəfə qalib gəlmək şansımız yarandı. Lakin bəsit səhvlər etdik. Yanlış hücum seçimləri səbəbindən xal qazana bilmədik. Rəqib də bundan istifadə etdi. Lazımi tədbirləri görəcəyik. Daha öncəki oyunlardakı kimi yaxşı çıxış etməyə çalışacağıq”.

“Sərhədçi” İdman Mərkəzində baş tutan “Sərhədçi” – “Abşeron” qarşılaşması ikincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: