“Barselona” 2015-ci ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl altı oyunda qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Kataloniya təmsilçisi sonuncu dəfə 10 il əvvəl belə seriyaya malik olub.
Hansi Flikin baş məşqçisi olduğu kollektiv altı matçın hər birində üç və daha çox qol vurub. Bu isə ÇL tarixində 3-cü belə seriyadır.