Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton “Ferrari” bolidinin sükanı arxasında ilk dəfə trassa çıxıb. Britaniyalı pilot İtaliyadakı Fiorano trassında məşq edib.

Xatırladaq ki, Həmilton 2024-cü il mövsümünün sonunda “Mercedes”dən “Ferrari”yə keçib. O, İtaliya komandasında Şarl Leklerlə həmkar olacaq. Mətbuatda yayılan xəbərlərə görə, Həmiltonun İtaliya komandasındakı illik gəliri 100 milyon dollar təşkil edəcək.

Shares: