“Azərbaycan Kuboku komandamız üçün prioritet deyil. Biz daha çox çempionat barədə düşünürük. Ancaq ölkə kuboku matçlarına da çıxıb, sonadək mübarizə aparacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Şəki” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Kubokunun 1/4 finalında qarşılaşa biləcəkləri rəqibləri dəyərləndirib:

“Rəqibimiz Lənkəran” – NTD cütünün qalibi olacaq. “Lənkəran”ı çempionatdan tanıyırıq. NTD-nin isə çox dəyərli məşqçiləri və millidə oynayan basketbolçuları var. A qrupunda autsayder olsa da, NTD yerli oyunçu baxımından çox güclüdür. Hansı komanda ilə qarşılaşmaq istədiyimi söyləməyim düzgün çıxmaz. Rəqibimizin kimliyindən asılı olmayaraq, qələbə üçün əlimizdən gələni edəcəyik. Yarımfinalda rəqib böyük ehtimalla “Sabah” olacaq. Azərbaycan Kubokunda 2 yerli oyunçudan istifadənin məcburi olması azərbaycanlı basketbolçuların qarşılaşmalara daha yaxşı köklənməsini şərtləndirəcək”.

Azərbaycan kubokunun 1/4 final matçları martın 12-13-də keçiriləcək. Bütün oyunlar Bakıda baş tutacaq.

Shares: