Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, bu raundun ilk qarşılaşmaları eyni gündə təşkil olunub.
“Aznur” “Göyçə”ni 6:3 hesabı ilə üstələyib. “Birbaşa Bakı” “Laçın”ın qapısından 13 cavabsız top keçirib. “Sumqayıt” “Galaxy”ni minimal hesabla yenib – 1:0. “Zirə” isə “Star Bakı”ya şans verməyib – 7:1.