Xavi Simons PSJ-yə qayıtmayacaq. “Leypsiq” 2023-cü ilin yayında icarəyə götürdüyü niderlandlı yarımmüdafiəçini heyətində saxlamağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, icarə müqaviləsində satınalma bəndi nəzərdə tutulmuşdu. Almaniya klubu 81 milyon avro ödəyərək 21 yaşlı oyunçunu düşərgəsində saxlamaq hüququna malikdir. “Leypsiq” yayda başa çatacaq anlaşmanın həmin bəndini aktivləşdirmək qərarına gəlib.

Simonsun PSJ ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Shares: